Məşhur hokkeyçinin meyiti asılmış vəziyyətdə tapıldı

Məşhur hokkeyçinin meyiti asılmış vəziyyətdə tapıldı

Qazaxıstanın məşhur hokkeyçisi Pyotr Devyatkininin meyiti Rusiyanın Novosibirsk şəhərində asılmış vəziyyətdə aşkarlanıb. "Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı idmanıçın cibindən ölümdən qabaq yazdığı qeyd aşkarlanıb. Onun intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, Pyotr Devyatkin 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında Qazaxıstan millisinin tərkibində oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə