Dik Advokat "Fənərbaxça"lı futbolçuları "topa tutdu"...

Dik Advokat "Fənərbaxça"lı futbolçuları "topa tutdu"...

Türkiyənin "Fənərbaxça" futbol klubunun baş məşqçisi Dik Advokat III turun görüşləri çərçivəsində "Bursaspor"a 0:1 hesablı məğlubiyyətə şərh verib. "Fanatik" xəbər verir ki, hollandiyalı mütəxəssis açıqlamasında futbolçularından şikayət edib. "İlk hissədə oyunçularımız oynamaqdan qorxurdu. Meydanın ən qısa oyunçusu qol vurdu. Rəqibimiz qol vuranda iki oyunçumuz yatmışdı sanki. Transfer pənçərəsi açıq vaxtda doğru futbolçunu tapmaq çətin oldu. Gətirdiyimiz futbolçu oyunda fərq yaratmalıydı. Hücumçu ilə meydanın mərkəzini ələ almağa çalışdıq, ancaq olmadı. Heyətimizdə çox sayda eyni tip oynayan futbolçu var.


Öz meydanımızda belə məğlubiyyəti heç kim qəbul edə bilməz. Sabah futbolçularla söhbət edəcəm. Bəli, yalnış gedən nəsə var. Bunu texniki heyətlə birgə tapıb və düzəliş etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə