Kamran Ağayev Portuqaliya klubuna keçdi

Kamran Ağayev Portuqaliya klubuna keçdi

Futbol üzrə milli komandamızın qapıçısı Kamran Ağayev futbol üzrə Portuqaliya yüksək liqası təmsilçisi "Boavişta"ya transfer olunub. Bu barədə Portuqaliya klubunun rəsmi saytı xəbər yayıb. Xəbərə görə, 30 yaşlı qolkiper mövsümün sonuna kimi sözügedən klubda çıxış edəcək. O, bu gündən yeni komandası ilə ümumi məşqlərə başlayacaq. Qeyd edək ki, K.Ağayev bu yay "Sumqayıt"la müqavilə imzalamışdı. Əlavə edək ki, millimizin futbolçusu Emin Mahmudov da "Boavişta"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə