Azərbaycan Paralimpiya Oyunlarında 6-cı medalını qazandı

Azərbaycan Paralimpiya Oyunlarında 6-cı medalını qazandı

Azərbaycan Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında 6-cı medalını qazanıb. Axar.az xəbər verir ki, atletimiz Yelena Çebanu 200 metr qaçışda bürünc mükafat qazanıb. Həmin məsafəni ilk təsnifat mərhələsində 24,16 saniyəyə qaçan Çebanu finala çıxıb. Burada isə idmançımız 23.80 saniyə nəticə göstərərək kubalı və ukraynalı həmkarlarından geri qalıb. Bu, Çebanunun 2-ci gümüş medalıdır. O, hazırkı paralimpiadada 100 metr məsafəyə qaçışda gümüş medalçı olmuşdu.

Xatırladaq ki, ölkəmiz daha öncə Rioda cüdoçu Ramil Qasımovla (73 kq) qızıl, cüdoçu Bayram Mustafayev (66 kq), atlet Kamil Əliyevlə (uzununa tullanma) gümüş və cüdoçu Rövşən Səfərovla (81 kq) bürünc medal qazanıb

Bütün xəbərlər Facebook səhifəmizdə