“Bəxtim gətirdi ki, çempionluq yolunda sonuncu qolu mən vurdum”

“Bəxtim gətirdi ki, çempionluq yolunda sonuncu qolu mən vurdum”
Bakının "Neftçi" klubunun braziliyalı futbolçusu Rodriqinyo "Neftçi"ni Braziliyada da tərifləməkdə xəsislik etməyib. Siasport.az saytı xəbər verir ki, brazliyalı forvard ölkəsinin mətbuatına müsahibə verərkən "ağ qaralar"ı o ki var tərifləyib: "Titul qazanmaq tam fərqli bir hissdir. "Neftçi" əla komandadır. Lakin uzun illərdir çempionluq həsrətində idi. Bir sözlə, bu uğur mənim üçün xüsusi önəm kəsb etməklə yanaşı, klub üçün də çox vacib idi. "Neftçi"yə çox tez uyğunlaşdım. Gələn kimi start heyətində yer aldım və oynamaqda heç bir problemim olmadı. Bəxtimdə gətirdi ki, çempionluq yolunda sonuncu qolu mən vurdum. Bu, çox xoşdur\".

Bütün xəbərlər Facebook səhifəmizdə