"Neftçi"nin sabiq yarımmüdafiəçisi və kapitanı olan Flavinyo paytaxt klubunun "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətindən sonra buna münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, "Facebook"dakı səhifəsində keçmiş komandasının ağır günlər keçirməsi ilə bağlı ingilis və Azərbaycan dilində bunları qeyd edib:
"Beş ağır il. Üç çempionluq, Azərbaycan kubokunda iki qələbə. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə qazanılan vəsiqə. İki dəfə ilin, üç dəfə ayın ən yaxşı futbolçusu olmaq. 38 qol. Amma indi onlar "Neftçi"nin bütün tarixini məhv edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB