Mirça Luçesku "Qalatasaray"ı ələ saldı!

Mirça Luçesku "Qalatasaray"ı ələ saldı!

Hazırda Ukraynanın "Şaxtyor" futbol klubunun baş məşqçisi olan rumuniyalı futbol mütəxəssisi Mirça Luçesku, onu İstanbulun "Qalatasaray" futbol klubunun baş məqşçisi görmək istəyən "cim bom" təmsilçilərinə məzəli təklif göndərib. Siasport.az saytı xəbər verir ki, qocaman mütəxəssis "Qalatasaray"ı əməlli-başlı ələ salıb. Ukrayna mətbuatına açıqlama verən M.Luçesku bildirib ki, onu əvəzinə hazırda futbol üzrə Rumuniya milli komandasının baş məşqçisi olan 42 yaşlı oğlu Razvan Luçeskunu İstanbul nəhənginin sükanı arxasında görmək daha yaxşı olardı. Xatırladaq ki, Rumuniya futbol yığmasını çalışdıran R.Luçesku, ard-arda qeydə alınan uğursuz nəticələrdən sonra, baş məşqçi postundan qovulmağa çox yaxındır. Görünür bu faktı nəzərə alan ata, bundan sonra da oğlunun işsiz qalmasını istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə