UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında "Qarabağ"la qarşılaşacaq "Slovan" ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, liberetslilərin aparıcı müdafiəçisi Lukaş Pokornı zədələnib. Çexiya çempionatının son turunda "Viktoriya" ilə oyunda zədələnən və 79-cu dəqiqədə əvəzlənən futbolçunun vəziyyəti qeyri-müəyyəndi.
Matçdan sonra yerli jurnalistlərə açıqlama verən "Slovan"ın baş məşqçisi Jindri Tripşikovski 23 yaşlı oyunçunun vəziyyətinin ciddi olduğunu deyib: "Pokornının vəziyyəti ağırdı. Dizindən zədələnib. Biz onu məcburi əvəz elədik. Tam dəqiqləşməyib, ancaq "Qarabağ"a qarşı oynaya bilməsi şübhə altındadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB