Ağdamın "Qarabağ" klubu Premyer Liqada çempionluq istəyinə çatmasa da, demək olar ki, beynəlxalq miqyasda öz layiqli qiymətini alır. Siasport.az saytı xəbər verir ki, son iki ildə ardıcıl olaraq Avrokuboklarda pley-off mərhləsənə qədər irəliləyən Ağdam təmsilçisi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yeni reytinq cədvəlində də irəliləməkdə davam edir. Qurumun son reytinq açıqlamasında qeyd olunur ki, son aylarda müntəzəm olaraq irəliləyən "Qarabağ" daha 9 pillə irəliləyərək dünyanın ən güclü klubları sırasında 209-cu pilləyə qalxıb. Qurban Qurbanovun komandası 82 xalla bu pilləni Qətərin "Əl-Sədd", Meksikanın "San Luis" klubları ilə bölüşüb. "Qarabağ" reytinq siyahısında irəliləməklə Fransanın "Bordo", İngiltərənin "Everton", Türkiyənin "Qalatasaray" kimi dünyanın tanınmış komandalarını geridə buraxıb. Siyahıya ispan nəhəngləri "Barselona" və "Real" klubları başçılıq edir. İlk 3-lüyü isə cari mövsüm olduqca uğurlu çıxış edən "Portu" tamamlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB