"Napoli"nin futbolçusu Marek Hamşik klubun tarixinə düşüb. Məsələ burasındadır ki, İtaliya A Seriyasının 3-cü turunda "Palermo" ilə oyuna qol vuran slovakiyalı yarımmüdafiəçi "Napoli"nin əfsanəvi futbolçusu Dieqo Maradonanın rekordunu yeniləyib. "Napoli" forması ilə 82-ci qolunu vuran Hamşek Maradonanı bir qol qabaqlayıb. Qeyd edək ki, Slovakiya millisinin üzvü bir çox klublardan gələn təkliflərə baxmayaraq, mövsümün əvvəlində "Napoli" ilə 4 illik müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB