İlham Zəkiyev medal qazana bilmədi

İlham Zəkiyev medal qazana bilmədi

Azərbaycanı Rio Paralimpiya Oyunlarında təmsil edən cüdoçular İlham Zəkiyev və Kənan Abdulxanlı medal qazana bilməyib. Qol.az-ın məlumatına görə, hər iki idmançı 5-ci yeri tutub. 100 kq çəki dərəcəsində çıxış edən Kənana Abdulxanlı bürünc medal uğrunda görüşdə özbəkistanlı Şirin Şaripova uduzub. İlham Zəkiyev (+100 kq) isə üçüncü yer uğrunda görüşdə kubali Yanqalini Ximenesə uduzub.

İlham Zəkiyev ilk dəfədir ki, Paralimpiyada medalsız qalır. O, "Afina-2004" və "Pekin-2008"də qızıl, "London-2012"də gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə