Istanbulun "Qalatasaray" futbol klubunun kapitanı Arda Turan deyəsən İspaniyanın "Atletiko Madrid" futbol klubuna yollanası olmayacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin ən reytinqli idman nəşrləri yazırlar. Məsələ burasındadır ki, A.Turan Türkiyənin məşhur futbol mütəxəssisi Fatih Terimin yenidən "Qalatasaray"ın sükanı arxasına keçəcəyi təqdirdə İstanbul klubunu tərk etməyəcəyini "imperator"la görüşündə açıqca dilə gətirib. Sən demə bir xeyriyyə tədbirində F.Terimlə görüşən A.Turan, öz istəyini ona çatdırıb. "Qalatasaray"ın prezidentliyinə ən real namizəd hesab olunan 70 yaşlı iş adamı Ünal Aysal da, Erik Geretsin namizədliyinin üstündən xətt çəkdikdən sonra var gücü ilə "imperator"u "cim-bom"un sükanı arxasına gətirməyə çalışır. Dünən F.Terimin Türkiyə mətbuatına artıq futbola qayıdışı ilə bağlı senasiyon açıqlamalar verməsi də "imperator"un yenidən "Qalatasaray"ın sükanı arxasına keçəcəyi barədəki gümanları kifayət qədər aktuallaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB