Futbol üzrə Türkiyə Milli komandasının və İstanbulun "Qalatasaray" futbol klubunun keçmiş baş məşqçisi Fatih Terim artıq yenidən yaşıl meydanlara baş məşqçi kimi qayıtmasına ciddi işarə vurub. Siasport.az saytı xəbər verir ki, dünən bir xeyriyyə tədbirinə qatılan "imperator" ləqəbli məşhur futbol mütəxəssisi türkiyəli həmkarlarımızın "sizin haqqınızda mətbuat çox yazır. Bu barədə nə deyərsiniz?" sualına F.Terim, "Bundan sonra adımı tez-tez eşidəcəksiniz. niyə tələsirsiniz?" deyərək müəmmalı bir cavab verib. Belə görünür ki, "imperator", "Qalatasaray"ın prezidentliyinə ən real namizəd olan Ünal Aysalın onu yenidən "cim bom"un sükanı arxasına gətirmək israrını qəbul edib. Yoxa onun belə ciddi bəyanatla çıxış etməsi mümkünsüzdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB