UEFA "Rostov"a cəza "yağdırdı"

UEFA Rusiyanın "Rostov" klubunu cəzalandırıb. SİA xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərə görə, bu qərarın verilməsinə səbəb, rusiyalı azarkeşlərin "Ayaks"la "pley-off"un cavab matçında irqçi şüarlar səsləndirməsi səbəb olub.Tarixində ilk dəfə Çempionlar Liqasının qrup m ərhələsinə vəsiqə qazanan "Rostov"un cəzası öz meydanında PSV ilə keçiriləcək oyunda tədbiq olunacaq. Belə ki, "Olimp-2" stadionunun 1500 nəfərlik A tribunasına azarkeş buraxılmayacaq.

UEFA Rusiya klubunun aparıcı futbolçusu Fedor Kudriaşovu da cəzalandırıb. Ötən oyunda birbaşa qırmızı vərəqə alan müdafiəçi növbəti üç oyunda "Rostov"a kömək edə bilməyəcək. Qeyd edək ki, "Rostov" qrupda PSV, "Bavariya" və Madrid "Atletiko"su ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə