Mayın 8-də Bakı İdman Sarayında "Ən güclülərin seçmə yarışı" adlı boks turniri başlayacaq. Siasport.az xəbər verir ki, hər çəki dərəcəsində 4 idmançı çıxış edəcəkdir. Yarışda WSB liqasında "Baku Fires" klubunun heyətində yarışmış yerli dəri əlcək ustaları da güclərini sınayacaqlar. Yalnız iki boksçu – Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London Olimpiadasına lisenziya uğrunda döyüşə hazırlaşdıqlarından rinqə çıxmayacaqlar. Yarışın məqsədi milli komandanın heyətini müəyyənləşdirməkdir. Milli komandamız iyunda Ankarada keçiriləcək Avropa çempionatında iştirak edəcək. Qırx boksçunun mübarizə aparacağı turnirin final döyüşləri mayın 10-da başlayacaq. Həmin gün axşam saatlarında burada yeniyetmələr arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi boks yarışı start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB