“Kəpəz” bu gün Gəncəyə qayıdacaq

“Kəpəz” bu gün Gəncəyə qayıdacaq

Topaz Premyer Liqasının IV turunda Gəncədə "Zirə"ni qəbul edəcək "Kəpəz" qarşıdakı oyunun Bakı hazırlığını başa vurub. SİA-nın məlumatına görə, komanda bu gün Nizami yurduna gələrək matç öncəsi son məşqinə görüşün keçiriləcəyi şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə