Diplomatlarımız Türkiyədə fəaliyyət göstərən xarici ölkələrin baş konsulluqları arasında ilk futbol turnirinin qalibi olub

Diplomatlarımız Türkiyədə fəaliyyət göstərən xarici ölkələrin baş konsulluqları arasında ilk futbol turnirinin qalibi olub

Türkiyə Futbol Federasiyasının (TFF) təşkilatçılığı ilə 2010-cu il noyabrın 11-dən cari ilin aprelin 30-dək bu ölkədə fəaliyyət göstərən xarici dövlətlərin baş konsulluqları arasında birinci futbol turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, 10 komandanın iştirak etdiyi və hər həftənin şənbə günlərində TFF-nin idman bazasında keçirilən turnirdə komandalar iki qrup üzrə yarışıblar. Birinci qrupa ABŞ, Azərbaycan, İtaliya-1, Rumıniya, TFF-1 və Yaponiya, ikinci qrupa isə İtaliya-2, İngiltərə, Hollandiya, TFF-2, Fransa və Rusiya komandaları daxil olublar. Azərbaycan baş konsulluğunun komandası 4 qələbə (Azərbaycan-ABŞ 4:2, Azərbaycan-Rumıniya 4:3, Azərbaycan-Yaponiya 15:0, Azərbaycan-İtaliya-1 9:1) və bir heç-heçə ilə (Azərbaycan-TFF-1 1:1) qrupda birinci yeri tutub və dörddəbir final mərhələsinə yüksəlib. Bu mərhələdə komandamız İtaliya-2 yığmasını 6:5 hesabı ilə məğlub edərək yarımfinala çıxaraq yenidən ABŞ konsulluğunun komandası ilə görüşüb və 6:0 hesabı ilə inamlı qələbə qazanaraq finalda oynamaq hüququ əldə edib. Aprelin 30-da keçirilən final görüşündə komandamız qrup mərhələsində heç-heçə oynadığı TFF-1 komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan təmsilçiləri rəqibləri üzərində 5:2 hesabı ilə inamlı qələbə qazanaraq baş konsulluqlar arasındailk futbol turnirinin qalibi olub.
Baş konsulluğumuzun komandası, həmçinin turnirin "Ən çox qol vuran komanda"sı mükafatını da qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə