İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Ser Aleks Ferqisson deyəsən yenə də cəza alacaq. Siasport.az saytı xəbər verir ki, buna əsas səbəb dünən "Arsenal"a 0:1 hesabı ilə məğlub olan "qırmızı şeytanlar"ın baş məşqçisinin qarşılaşmanın hakimi Kris Foyun idarəçiliyini sərt şəkildə tənqid etməsidir. "Mançester Yunayted"in baş məşqçisi iddia edir ki, son turlarda bəzi hakimlərin bilərəkdən "qırmızı şeytanlar"ın əleyhinə qərarlar verməsi qərəzli şəkil alıb. O bu faktın "Mançester Yunayted"in çempionluğunun qarşısını almağa xidmət etdiyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB