Koreyada Dünya Taekvondo Federasiyasının 22-ci Baş Assambleyasının yığıncağı keçirilİB

Koreyada Dünya Taekvondo Federasiyasının 22-ci Baş Assambleyasının yığıncağı keçirilİB

Koreya Respublikasının Gyongju şəhərində Dünya Taekvondo Federasiyası 22-ci Baş Assambleyasının yığıncağı keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan Taekvondo Federasiyasının l vitse-prezidenti, Dünya Taekvondo Federasiyası (DTF) icraiyyə komitəsinin üzvü Füzuli Musayev də iştirak edib. Baş assambleyanın yığıncağında DTF-in idarə heyətinin toplantısında baxılan məsələlərin bir daha müzakirəsi aparılıb və qarşıdakı məsul yarışları təşkil edən ölkələr, o cümlədən 2012-ci il London Olimpiadasına dünya lisenziya turnirini təşkil edən Azərbaycanın, növbəti Yay Olimpiya oyunlarının təşkilatçısı Londonun, Vladivostokda Pumse üzrə 2011-ci ilin dünya çempionatı və beynəlxalq təqvim-planda olan bir sıra məsul yarışların hazırlıq işləri ilə bağlı təqdimat-çıxışları olub.

Tədbir iştirakçıları taekvondonun dünya idmanında nüfuzunun qorunub saxlanması və perspektivləri ilə bağlı görüləcək işlərdən bəhs ediblər. Mayın 1-dən 6-dək keçirilən dünya çempionatına 149 ölkədən 1050-dək idmançının gəlməsi taekvondo növünün sürətlə inkişaf etməsi faktı kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə