I divizyonda çıxış edən İmişlinin MKT "Araz" klubunda maliyyə böhranı hələ də davam edir. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın kluba yaxın mənbələrdən əldə etdiyi məlumata görə klubun futbolçuları maaşlarını ala bilmirlər. Futbolçular meydana köhnə və cırıq butsilərlə çıxırlar. Bu isə klubda haqlı etirazlara səbəb olub. Artıq futbolçular meydana belə çıxmaq istəmirlər. Futbolçuların maaşını verməmək onları çətin vəziyyətə salıb. Belə olan təqdirdə həmin futbolçulardan hansı nəticəni tələb etmək olar?
MKT-Araz-ın III yerə çıxmaq şansı var, lakin futbolçular belə əhval-ruhiyə ilə necə mübarizə aparacaqlar?
Görəsən, kluba ayrılan pullar hara gedir? Bu problemlərin yaranmasında günahkar kimdir? Bununla bağlı araşdırmalarımız davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB