\"Qəbələ\" Vurğun Hüseynovu transfer edəcək

\"Qəbələ\" Vurğun Hüseynovu transfer edəcək
\"Qəbələ\" növbəti transferini reallaşdırmaq üzrədir. Siapsort.az saytı xəbər verir ki, bölgə klubunun növbəti transferi də milli üzvü olacaq. Belə ki, bir müddət əvvəl Mahir Şükürovla müqavilə imzalayan klub bu dəfə Vurğun Hüseynovu heyətinə qatır. Artıq klubla futbolçu arasında danışıqlar prosesi başa çatıb. \"Qəbələ\" 23 yaşlı müdafiəçinin keçidi üçün onun hazırda müqavilə ilə məxsus olduğu \"Turan\"ın da razılığını alıb. Məlumata görə, \"Qəbələ\" rəhbərliyi bu transferə görə Tovuz klubuna 120 min dollar ödəyəcək.
Qeyd edək ki, \"Qəbələ\" Vurğunu yayda heyətinə qatmaq istəyir. Amma həmin vaxt \"Turan\" futbolçuya görə 300 min dollar tələb etdiyindən transfer baş tutmamışdı.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə