Çexiyalı baş məşqçi: "Qarabağ" güclü komandadı

Çexiyalı baş məşqçi: "Qarabağ" güclü komandadı

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqanın IV turunda keçirilən "Qarabağ" - AZAL oyununu "Slovan" klubunun məşqçisi Yaroslav Köstl də izləyib. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Çexiya klubunun nümayəndəsi fasilə zamanı Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin sullarını cavablandırıb.


- İlk hissədən sonra hesabın 3:0 olması gözünüzü qorxutmur ki?

- "Qarabağ" güclü komandadı. Fərdi ustalıqları ilə seçilən futbolçuları var. Məsələn, Reynaldo, Riçard Almeyda, Kintana. Bunlar çox təhlükəli futbolçulardı.

- Sizcə, cütün favoriti kimdi?

- Mən "Slovan"ı təmsil etdiyim üçün öz komandamı qeyd edə bilərəm. Amma "Qarabağ"ın "Viktoriya"ya qarşı hər iki oyununu izləmişəm. Həqiqətən də, rəiqibimiz çox yaxşı oyun göstərir.

- Razısınızmı "Qarabağ"la oyunda "Viktoriya"nın bəxti gətirdi ?

- Bəli, bununla razıyam. Əgər Migel boş qapıya topu vura bilsəydi, "Viktoriya" üçün hər şey bitmişdi.

- Sizcə, qrupun favoriti kimdi?

- Təbii ki, "Fiorentina". Ancaq mən də "Slovan"lıyam. Ümid edirəm ki, bizim komandamız ikinci pilləni tutacaq.

- İlk oyunu "Qarabağ"a qarşı oynamağınız sizin üçün üstünlükdü?

- Bəli. Bilirəm ki, bizimlə oyun "Dalğa Arena"da baş tutacaq. Orada azarkeş tutumu az olsa da, "Qarabağ"ın fanatlarının komandalarına yüksək səviyyədə dəstək olacağını da bilirik.

- "Qarabağ"la oyunlarda neçə xal qazanmağı hədəfləyirsiniz?

- Hər iki oyunda qələbə qazanmaq niyyətindəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə