"Qalatasaray"da "böyük təmizləmə əməliyyatı" başlayır

"Qalatasaray"da "böyük təmizləmə əməliyyatı" başlayır
Türkiyənin "Qalatasaray" futbol klubunun futbolçuları klubu tərk etmək barədə fikirləşirlər. Siasport.az saytı xəbər verir ki, başa çatmaqda olan mövsümü böyük bir rüsvayçılıqla başa vuran "cim bom"da hər şey çox dramatik bir şəkil alır. Məsələ burasındadır ki, sonuncu çempionat oyununda əzəli rəqibi "Beşiktaş"la qarşılaşan və meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılan "Qalatasaray" klubunda, mövsüm bitər-bitməz "böyük təmizləmə əməliyyatı" barədə ciddi hazırlıq işlərinə başlanılıb. Onsuz da "Qalatasaray" kimi nəhəng bir klubu hazırda Türkiyə Superliqasının autsayderinə çevirən hazırkı heyətin futbolçuları da yaxşı bilirlər ki, mövsüm başa çatan kimi onların çoxunu çölə atacaqlar. Belə bir heyətlə yenidən yola davam etmək isə "Qalatasaray"ın daha böyük rüsvayçılıqla qarşı-qarşıya qalmasına gətirib çıxara bilər. İndi bir çox futbolçular özlərinə yeni klub tapmaq üçün hərəkətə keçiblər. İstanbul klubunun forvardı Sərvət Çətin də artıq Avropada futbol oynamaq istədiyini açıqlayaraq, bu istəyinin mövsüm bitən kimi gerçəkləşməsini real sayır. O klubda futbolçular arasında gözəl ab-havanın hökm sürdüyünü deyərək əlavə edib ki, bununla yanaşı belə nəticələr göstərən heyətin gələn mövsüm üçün klubda qalması mümkünsüzdür.

Bütün xəbərlər Facebook səhifəmizdə