"Xəzər Lənkəran" Azərbaycan çempionatlarında növbəti mükafatını qazanacaq. Siasport.az saytı xəbər verir ki, komanda Premyer Liqanın XXIX turundan sonra medallardan birini təmin edib. "Neftçi"nin çempionluğu təmin etməsindən sonra qızıl medal şanslarını rəsmən itirən "Xəzər Lənkəran" 4-cü pillədə qərarlaşan AZAL-ı 10 xal qabaqlayır. Sona 3 tur qaldığından bu fərqin aradan qaldırılması mümkün deyil. Bu isə o deməkdir ki, komanda ya indi tutduğu yerə uyğun gümüş, ən pis halda bürünc mükafata sahib olacaq.
Bu isə "Xəzər Lənkəran"ın tarixində çempionatda qazanılan 3-cü mükafatdır. 2004/05 mövsümündə Rasim Karanın rəhbərliyi altında gümüş, 2006/07 mövsümündə Ağasəlim Mircavadovla qızıl qazanan komanda 4-cü uğurunu Mkiirça Redniklə əldə edib. Bu, qızıldan 4 il sonra baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB