Messiyə ömürlük müqavilə təklifi

Messiyə ömürlük müqavilə təklifi

"Barselona" futbolçusu Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır. SİA-nın məlumatına görə, bu barədə İspaniya mətbuatına Josep Mariya Bartomeu məlumat verib. O, argentinalı hücumçuya ömürlük müqavilə təklif edəcəklərini deyib: "Messi məhz "Barselona"da futbol tarixinin ən yaxşı oyunçusu oldu. Ona müddətsiz müqavilə təklif edəcəyik. Müqavilənin nə zaman bitəcəyinə Messi qərar verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə