Slvaço Georgievski: "Biz bir daha sübut etdik ki, "Neftçi" hazırda Azərbaycanın ən güclü komandasıdır"
"Komandamız çempion oldu. Bundan böyük xoşbəxtlik ola bilməz". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin makedoniyalı futbolçusu Slvaço Georgievski AZAL-la oyundan sonra deyib. O, son oyuna çox ciddi hazırlaşdıqlarını, rəqiblərinin xal itkisi ilə üzləşdiyini bildiklərini qeyd edib. "Qalib gələcəyimiz təqdirdə vaxtından əvvəl çempion olacaqdıq. Bunu dərk edərək meydana çıxmışdıq. "Neftçi"də möhkəm, döyüşkən, əla kollektiv formalaşıb. Biz bir daha sübut etdik ki, "Neftçi" hazırda Azərbaycanın ən güclü komandasıdır", - deyən futbolçu mövsümün çətin keçdiyini bildirib. "Neftçi"ni Azərbaycan çempionatının qalibi olaraq, qarşıda Çempionlar Liqası kimi mötəbər turnirdə gərgin mübarizə gözlədiyini deyən, S.Georgievski Avropanın yaşıl meydanlarında Azərbaycanı layiqincə təmsil etmək üçün əlllərindən gələni edəcəklərini vurğulayıb: "Mən buradan "Neftçi"nin möhtəşəm azarkeşlərinə səslənmək istəyirəm: "Ağ-qaralı" azarkeşlər bütün mövsümboyu bizi yalnız buraxmadılar, soyuqda, qarda, yağışda, səfər oyunlarında daim bizim yanımızda oldular. Bu çempionluğu onlara həsr edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB