"Ekstremal idman yarışları gənclərin orduya hazırlanmasında, onların daha cəsarətli və qorxmaz vətənpərvər kimi yetişmələrində mühüm rol oynayır"

"Ekstremal idman yarışları gənclərin orduya hazırlanmasında, onların daha cəsarətli və qorxmaz vətənpərvər kimi yetişmələrində mühüm rol oynayır"
"Ekstremal idman yarışları gənclərin orduya hazırlanmasında, onların daha cəsarətli və qorxmaz vətənpərvər kimi yetişmələrində mühüm rol oynayır". Siasport.az saytı xəbər verir ki, bu sözləri paraşütdən tullanma üzrə beynəlxalq turnirdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan MDB-nin Müdafiə və İdman-Texniki Təşkilatları İttifaqının sədri general-polkovnik Sergey Mayev deyib. S.Mayev bildirib ki, bu yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və digər MDB ölkələrinin gəncləri iştirak edirlər. "Biz idman yarışlarının birgə keçirilməsindən məmnunuq. Xüsusilə də nəzərə almalıyıq ki, bu turnir Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsinə həsr olunub. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda adı həmişə ehtiramla çəkilən Heydər Əliyev gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələrinə xüsusi diqqət yetirirdi", - deyən ittifaq sədri bu turnirin də Onun xatirəsinə həsr olunmasının onları sevindirdiyini qeyd edib. 
Paraşüt idmanının ekstremal idman növlərinə aid olduğunu vurğulayan general–polkovnik Azərbaycanda idmançı paraşütçülərin hazırlanmasını da yüksək qiymətləndirib.


Bütün xəbərlər Facebook səhifəmizdə