42-ci Ümumdünya Şahmat Olimpiadasında VII tura start verilib. SİA-nın məlumatına görə, kişilərdən ibarət əsas millimiz Xorvatiya ilə qarşılaşır. İkinci komandamız Venesuela, üçüncü yığmamız isə eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandası ilə münasibətlərini aydınlıq gətirir.
Olimpiadanın vahid lideri Hindistan ABŞ-la, Hollandiya Latviya ilə, Rusiya Çexiya ilə, Çin İngiltərə ilə, Ukrayna Kanada ilə, Gürcüstan Rumıniya ilə üz-üzə gəlir.
Qadınlardan ibarət əsas yığmamızın VII turda rəqibi Hindistandır. İkinci komandamız Belarusla, üçüncü yığmamız isə Boliviya ilə görüşür.
Favoritlərdən Rusiya Polşa ilə, Çin Ukrayna ilə, ABŞ Rumıniya ilə, Gürcüstan Hollandiya ilə, Macarıstan Filippin ilə mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB