Bu gün paralimpiadada 5 idmançımız yarışacaq

Bu gün paralimpiadada 5 idmançımız yarışacaq

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında bu gün 5 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq. SİA-nın məlumatına görə, ilk olaraq Azərbaycan cüdoçuları tatami üzərinə çıxacaqlar. Millimizin üzvü Rövşən Səfərov (81 kq) belaruslu Aleksandr Kazlov, Səbinə Abdullayeva (57 kq) Yaponiya təmsilçisi Junko Hirose ilə qarşılaşacaq. Bayram Mustafayev (73 kq) isə Gerardo Rodrigez (Kuba) - Rodolfo Ramirez (Argentina) cütünün qalibi ilə üz-üzə gələcək.

Atletika yarışlarında isə Yelena Çebanu çıxış edəcək. Atletimiz 100 metr məsafəyə qaçış yarışlarında yarımfinalda gücünü sınayacaq.

Yelena Taranova isə 10 metr məsafəyə tapançadan atəşaçmada yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə