"Roma" qələbəni 90+5-də qazandı

"Roma" qələbəni 90+5-də qazandı
İtaliya A Seriyasında XXXV turun oyun keçirilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə turun iki oyunu keçirilib. Çempionluq uğrunda mübarizə aparan "İnter" möcüzə sayəsində qələbə qazanıb. Belə ki, autsayder "Çezena"nın qonağı olan Milan klubu qarşılaşmanın 56-cı dəqiqəsində məğlub duruma düşüb. Hamı qarşılaşmanın bu hesabla başa çatacağını gözlədiyi halda, 59-cu dəqiqədə meydana çıxan Giampaolo Pazzini 90 və 90+3-cü dəqiqələrdə dubl edərək, "İnter"ə qələbə qazandırıb. Bununla da "İnter" lider "Milan"la xal fərqini 5-ə endirib. Bu gün "Milan" "Boloniya" ilə oyunda xal itirsə, "İnter"in çeppionluq şansı artmış olacaq.
"İnter" kimi çempionluq uğrunda mübarizə aparan, ən azı Çempionlar Liqasına vəsiqə qazanmaq istəyən "Napoli" "Cenoa" üzərində vacib qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna 83-cü dəqiqədə Marek Hamşik imza atıb.
Turun 7 qarşılaşması ikinci oyun günündə keçirilib. "Milan" doğma meydanda minimal hesablı qələbə qazanıb. "Fiorentina" - "Udineze" görüşündə isə qapılara 7 qol vurulub. Gərgin mübarizə şəraitində keçən görüşdə meydan sahibləri inamlı qələbə qazanıb. "Samdoriya" - "Breşiya" qarşılaşmasında isə qalibi müəyyən etmək olmayıb. Səfərdə "Bari"ylə qarşılaşan "Roma" məğlubiyyətdən 90+5-də canını qutara bilib-2:3.

İtaliya
A Seriyası
XXXV tur

30 aprel
Cesena - İnter 1:2
Qollar: Budan, 56 - Pazzini, 90; 90+3.
 
Napoli - Cenoa 1:0
Qol: Hamşik, 83.
 
1 may
Milan - Balonya 1:0
Qol: Flamini, 8

Katanya - Kalyari 2:0
Qollar: Silveste, 78, Berqessio, 82

Kyevo - Leççe 1:0
Qol: Riqoni, 58

Fiorentina - Udineze 5:2
Qollar: Varqas, 9, DAgostino, 22; 51, Çerçi, 71; 86 - Pinsi, 29, Asamoa, 57

Parma - Palermo 3:1
Qollar: Dzemaili, 2, Modesto, 19, Kandreva, 89 - Pastore, 56

Sampdoriya - Breşiya 3:3
Qollar: Potsi, 55, Tissone, 63, Mannini, 90 - Eder, 50, Karaççyolo, 58; 84

Bari - Roma 2:3
Qollar: Bentivoglio, 25 (pen), Huseklepp, 42 - Totti, 30; 57 (pen), Rosi, 90+5
 
2 may
23.45 Latsio - Yuventus


Bütün xəbərlər Facebook səhifəmizdə