“Abşeron”un zəfər yürüşü davam edir

“Abşeron”un zəfər yürüşü davam edir
Mayın 1-də ölkə çempionatının 1-ci Divizionun 24-cü turunda "Sumqayıt"ı qəbul edən "Abşeron" itkisiz zəfər yürüşünü yenə də, davam etdirdi. Siasport.az saytı xəbər verir ki, sonuncu dəfə 10-cu turda "Neftçi" İSM-lə heç-heçə oynayan abşeronlular həmin gündən xal itkisinin nə olduğunu bilmirlər. Dünən "Şəfa"stadionunda "Sumqayıt"ı 2:1 hesabıyla məğlub etməklə "Abşeron" uğurlu qələbə seriyasını 14-ə çatdırdı. Ardıcıl qələbələri sıralayan komanda 1-ci Divizionda müəllifi olduğu rekordları yenilətməklə yolunu davam edir. Son iki tur ərəfəsində xal ehtiyatını 68-ə çatdıran komanda üzvləri yerdə qalan hər iki oyunda da, azarkeşlərini sevindirmək əzmində olduqlarını gizlətmirlər.
"Sumqayıt"la oyuna gəldikdə "Abşeron" elə ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq bütün matç boyu diqtə edən tərəf oldu. Qonaqlar "Abşeron"un cərimə meydançasına daxil olmağın geyri-mümkünlüyünü görüb daha çox uzaq məsafələrdən qapıya zərbələer endirməyə səy göstərirdilər. Belə zərbələrin birindən sonra top hətta Andrey Popoviçin qoruduğu qapının tirinə də dəydi. Lakin bu onların 1-ci hissə ərzində yaratdıqları yeganə epizod oldu. "Abşeron" isə əksinə ənənəsinə sadiq qalaraq baxımlı və məzmunlu oyunuyla qonaqların müdafiə xəttini daima gərginlikdə saxlayırdı. "Sumqayıt" meydan sahiblərin təzyiqinə çox davam gətirmədi. Artıq oyunun 24-cü dəqiqəsində "Abşeron"un sürətli üçgedişli kombinasiyasından sonra oyunda hesab açıldı. Emin Mehdiyev 2 müdafiəçini aldadıb cərimə meydançasına daxil olmaq istəsə də, qarşısında daha 2 rəqib oyunçusunu görüb topu özundən bir qədər arxada duran Fərrux Rəhimova verdi. Fərrux isə topu dərhal qapıçı meydançasınin qarşısına qaldırdı. Topa hamıdan tez yetışən Ramil Əliyev gözəl baş zərbəsi baxımlı qola imza atdı. "Abşeron" qoldan sonra da, oyunun tempinin aşağı düşməsinə imklan vermədi. Komanda yenə də, oyuna nəzarət edir, bir-birini ardınca təhlükəli vəziyyətləri sıralayırdı. 1-ci hissənin sonuna yaxın "Abşeron" bir daha qonaqları meydanın mərkəzinə dəvət etdi. Fərrux Rəhimov yenə də cinahdan əla ötürmə verərək topu qapı qarşısında duran Elşən Hacıyevə ünvanladı. Elşən aşırma baş zərbəsiylə topu rəqib komandanın qapısından keçirdi. 1-ci hissə elə bu hesabla da başa çatdı.
Matçın 2-ci hissəsində də, oyunu ssenarisi dəyişmədi. "Abşeron" əvvəlki kimi hücum edir, rəqib isə hesabın böyüməməsinə çalışırdı. Lakin qarşılaşmanın sonlarına yaxın meydan sahiblərinin oyunuda arxayınçılıq çalarları müşahidə olunmağa başladı. Komanda sakit oyun tərzi üslubuna keçdi. Komandanın bu əhval-ruhiyyəsini duyan qonaqlar bir qədər fəallaşsalar da, qeyd etdiyimiz kimi "Abşeron"un cərimə meydançasına nadir hallarda yol tapa bilirdilər. Lakin epizodların 1-də müdafiəçimizin əllə oyunu "Sumqayıt"a təxminən 17-18 metr məsafədən cərimə zərbəsi vurmaq imkanı qazandırdı. Onlar da, bu imkanı yetərincə dəyərləndirərək müvəffəqiyyət qazandılar. Matçın sonunadək bu hesab dəyişmədi. "Abşeron" 2:1 hesabiyla qələbə qazanaraq turnir cədvəlınə 22-ci qələbəsini və 68-ci xalını yazdırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə