Azərbaycanda “Böyük Qafqaz” beynəlxalq marafonu keçiriləcək

Azərbaycanda “Böyük Qafqaz” beynəlxalq marafonu keçiriləcək
Mayın 10-dan 15-dək Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Böyük Qafqaz" beynəlxalq marafonu keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi marafonda 1993-1994-cü illərdə anadan olmuş yerli velosipedçilərlə yanaşı, Türkiyə, İran, Gürcüstan və Latviyadan 30 idmançı iştirak edəcək. Azərbaycanın 4 idmançısının qoşulacağı marafon Bakıda start götürüb Şamaxı (10 may), İsmayıllı (11 may), Qəbələ (12-13 may) və Şəkidən (14 may) keçərək mayın 15-də Zaqatalada başa çatacaq. 
Ölkəmizdə ilk dəfə keçiriləcək "Böyük Qafqaz" marafonunun iştirakçıları Azərbaycanın əsrarəngiz gözəlliyindən zövq alacaq, şəhərlərin görməli yerləri ilə tanış olacaqlar. 
Kütləvi velosiped yürüşünün əsas məqsədi ən təhlükəsiz, ekoloji təmiz nəqliyyat növünün populyarlaşdırılması və sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə