Azərbaycan tennisçiləri Avropa turnirində uğurla çıxış edirlər

Azərbaycan tennisçiləri Avropa turnirində uğurla çıxış edirlər
Bakıda iki yaş kateqoriyasında - 14 yaşa və 16 yaşa qədər idmançılar arasında keçirilən tennis üzrə üçüncü kateqoriyalı "PASHA Bank CUP" Avropa turniri sona yaxınlaşır. Siasport.az saytı xəbər verir ki, yarışlarda Azərbaycan tennisçiləri ilə yanaşı, Rusiya, Moldova, Ukrayna, Fransa, İtaliya və digər ölkələrin idmançıları da çıxış edirlər.
Azərbaycan tennisçisi Ayxan Manaflı Bakıda 14 yaşa qədər idmançılar arasında tennis üzrə üçüncü kateqoriyalı "PASHA Bank CUP" Avropa turnirinin finalında Rusiya nümayəndəsi Stanislav Peçonkinə qalib gəlib. Aprelin 30-da keçirilmiş görüş 7:5, 7:6 hesabı ilə A.Manaflının xeyrinə başa çatıb.
16 yaşa qədər qızlar arasında finalda azərbaycanlı Kamilla Fərhad rusiyalı Darya Lodikova ilə qarşılaşıb. Bu görüşdə rusiyalı tennisçi 7:6, 7:5 hesabı ilə qalib gəlib.
Turnirin qaliblərinə kuboklar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə