AZAL “Qarabağ”ın qonağı olacaq

AZAL “Qarabağ”ın qonağı olacaq

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. SİA-nın məlumatına görə, turun ilk oyun günündə yalnız 1 qarşılaşma keçiriləcək. "Qarabağ" AZAL-ı sınağa çəkəcək.

Son 2 turda 3 xal qazanan Ağdam klubu ardıcıl üçüncü qələbə ilə ən azı 2 günlük vahid lider ola bilər. AZAL isə mövsümdə ilk qalibiyyətini əldə etməyə çalışacaq.

Premyer Liqa

IV tur

9 sentyabr

18:30 "Qarabağ" - AZAL

Hakimlər: Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"Əlincə Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə