Azərbaycan Premyer Liqasının 29-ci turunun AZAL - "Neftçi" oyunundan sonra keçirilən mətbuat konfransında flaqmanın baş məşqçisi Arif Əsədov görüş haqqında fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Çox sevinirəm ki, çempion olduq. Azarkeşlər bu çempionluğu çoxdan gözləyirdilər. Çempionluğu klub prezidenti Sadıq Sadıqova həsr edirik. Çox təəssüf ki, zədə üzündən məcburi əvəzləmələr etməli olduq. Yəqin ki, qarşıdakı oyunlarda gənc futbolçulara şans verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB