Cənubi Koreya Respublikasının Gyonqju şəhərində taekvondo üzrə dünya çempionatına start verilib. Siasport.az saytı xəbər verir ki, yarışda 149 ölkədən 1050-dək idmançı iştirak edir ki, bu göstərici rekord say kimi qeyd edilir. Azərbaycan taekvondoçularından iki nəfər çempionatın ilk günü mübarizəyə qatılsa da, ikinci görüşlərdə yarışı dayandırmalı olublar. Əvvəlcə Türkanə Tahirli (-49 kq) Əlcəzairli rəqibinə qızıl xalla qalib gəlsə də ikinci dövrədə meksikalı idmançıya məğlub olub. Ardından Ziya Qasımov (-58 kq) çempionata kiprli idmançı üzərində qələbəylə başlayıb. Lakin onun üçüncü dövrəni adlamasına portuqaliyalı taekvondoçu imkan verməyib. Beləliklə dünya çempionatına qələbə ilə başlayan milli komandamız iki medal şansını əldən verib.
Bu gün daha iki idmançımız yarışa başlayacaq. Medallara namizədlərdən Ramin Əzizov (-80 kq) ikinci dövrədə Benin-Gürcüstan qarşılaşmasının qalibiylə görüşəcək. Nigar Hacıyeva (-53 kq) isə Niderlandın Antil adalarının təmsilçisiylə birinci dövrədə döyüşəcək. Qeyd edək ki, bir qədər sonra, Bakı vaxtı ilə saat 13:00-da çempionatın təntənəli açılış mərasimi keçiriləcək. Yüksək səviyyədə təşkil edilən yarışa maraq böyükdür. Dünya çempionatına mayın 6-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB