İstanbulun "Qalatasaray" futbol klubu mövsümün son derbisindən də başıaşağı ayrılmalı oldu. Siasport.az saytı xəbər verir ki, dünən "İsmət İnönü" stadionunda "qara qartal"ın qonaqı olan "cim bom", qapısından iki dəqiqədə 2 qol buraxaraq əslində heyətindəki bütün futbolçuların mövsüm bitər-bitməz çölə atılmalı olduqlarını isbatlamış oldu. Birnci hissədə qapısını təhlükəsiz saxlaya bilən "cim bom", ikinci hissədə bunu edə bilmədi. Belə ki, qarşılaşmanın 59-cu dəqiqəsində Mehmet Aureliyo və bundan bir dəqiqə sonra isə portuqaliyalı forvard Simao Sambroza ard-arda iki qol vuraraq "cim bom"u "İsmət İnönü"dən əliboş yola saldılar. Artıq "Qalatasaray" Allaha dua etməlidir ki, mövsümü birinci dəstəyə düşmədən bitirə bilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB