Fərid Quliyev: "Qəbələ"dən təklif gəldiyini gizlətmirəm"

Fərid Quliyev: "Qəbələ"dən təklif gəldiyini gizlətmirəm"
"Neftçi"dən "Simurq"a icarəyə verilən hücumçu Fərid Quliyevin yeni mövsümdə karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, futbolçu "Qəbələ" klubunun maraq dairəsində olduğunu bildirib: "Qəbələ"dən təklif gəldiyini gizlətmirəm. Komanda rəhbərliyinin Qəbələdə futbolun inkişaf etdirilməsi üçün gördüyü işlərdən xəbərdaram. Baş məşqçi Toni Adamsa da böyük hörmətim var. "Qəbələ"də oynamağa məmnuniyyətlə razıyam".
Zədə səbəbindən bir müddətdir Zaqatala komandasına kömək edə bilməyən forvard artıq problemi arxada qoyub. F.Quliyev məşqləri bərpa etdiyini söyləyib.
Qeyd edək ki, Fərid Quliyev Azərbaycan Premyer Liqasının 2009/2010 mövsümünün bombardiri olub. //supersport.az

Bütün xəbərlər Facebook səhifəmizdə