"Qəbələ" Vaqif Cavadovla danışıqlar aparır

"Qəbələ" Vaqif Cavadovla danışıqlar aparır
Bir müddət əvvəl Mahir Şükürovu heyətinə qatan "Qəbələ" daha bir transferi reallaşdırmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, klub rəhbərliyi hazırda "Bakı"nın formasını geyinən Vaqif Cavadovla danışıqlar aparır.
Baş məşqçi Toni Adamsın istəyilə Cavadovla danışıqlara başlayan "Qəbələ" rəhbərliyinin artıq futbolçu ilə böyük ölçüdə razılıq əldə etdiyi deyilir. Yalnız müqavilənin maliyyə tərəfləri hələ ki, razılaşdırılmayıb.
Qeyd edək ki, Vaqif hazırda "Bakı"da icarə əsasında oynayır. Hollandiyanın "Tvente" klubuna məxsus olan futbolçunun yenidən legioner həyatı yaşamaq ehtimalı yoxdur. "Bakı"nın rəhbərliyi və baş məşqçisi də ondan razı deyil. Buna görə də Cavadovun yayda başqa kluba keçməsi gözləniləndir.
Onu da qeyd edək ki, bir müddət əvvəl "Qəbələ"nin "Qarabağ"ın oyunçuları - Vüqar Nadirov və Elvin Məmmədovla danışıqlar apardığı deyilirdi. Vüqar "Qarabağ"da qalacağını açıqlasa da, Elvinin komandadan gedəcəyi gözlənilir.




Bütün xəbərlər Facebook səhifəmizdə