“Şahin” hərbi idman oyununun Bakı şəhər üzrə zona mərhələsinə start verilib

“Şahin” hərbi idman oyununun Bakı şəhər üzrə zona mərhələsinə start verilib
Bu gün Bakı Şəhər Gənclər və İdaman Baş İdarəsinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə "Şahin" hərbi idman oyununun Bakı şəhər üzrə zona mərhələsinə start verilib. Siasport.az saytı xəbər verir ki, "Şahin" hərbi oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin - vətənpərvərlik ruhunda tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi oyunlara cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsidir.
Qeyd edək ki, "Şahin" hərbi oyunu X - Xl sininf şagirdləri arasında keçirilir. Komandalarin tərkibi 17 nəfərdən (13 oğlan, 14 qız) ibarətdir. Yarışda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı və sanitarların yarışı kimi mərhələlərdə öz qüvvələrini sınayırlar.
Bakı şəhəri üzrə zona mərhələsində paytaxtın 11 rayonu ilə yanaşı, Şuşa, Laçın və Zəngilan rayonlarının komandaları da iştirak edirlər. 
Qaliblər BŞGİBİ tərəfindən mükafatlarla təltif olunacaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə