Diyeqo Simeone: "Düşündüyünüzdən sadə adamam"

Diyeqo Simeone: "Düşündüyünüzdən sadə adamam"

"Atletiko" klubunun baş məşqçisi Diyeqo Simeone bir müddət öncə komandadan narazılıq edən Antuan Qrizmann və gələcək planları barədə danışıb. SİA-nın məlumatına görə, argentinalı mütəxəsis belə deyib: "Qrizmann yaxşı klubda, ona lazım olan məşqçinin rəhbərliyi altında oynadığını hesab edir. Messi, Ronaldo və digər ulduzlarla birlikdə zirvədə olmaq onun taleyidir. "Atletiko"da qaldığım üçün məmnunam. Növbəti mövsümdən klubun yeni stadionu olacaq. Həmin vaxt hazırki postumda olmaq istəyirəm. Onu görəndə burda nə üçün qaldığımı anladım. Mən sizin düşündüyünüzdən sadə adamam".

Bütün xəbərlər Facebook səhifəmizdə