Azərbaycan cüdoçuları Dünya Uşaq Oyunlarında 8 medal qazanıblar

Azərbaycan cüdoçuları Dünya Uşaq Oyunlarında 8 medal qazanıblar
Yeniyetmə cüdoçularımız Ankarada keçirilən Dünya Uşaq Oyunlarında ümümlikdə 8 (2 qızıl, 1 gümüş və 5 bürünc) medal qazanıblar. Siasport.az saytında judoonline.info-dan daxil olan məlumata görə, iki gün davam edən yarışda 36 kq çəki dərəcəsində Leyla Əliyeva və 55 kq çəki dərəcəsində Hidayət Heydərov bütün rəqiblərini məğlub edərək fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıblar. 57 kq çəkidə Nəzakət Xəlili gümüş, 52 kq-da Fəridə Həsənxanova, 38 kq-da Sənan Quliyev , 42 kq-da Sahil İsmayılov , 50 kq-da Emin Dəmirzadə və Şirxan Məmmədov Dünya Uşaq Oyunlarının bürünc medallarını qazanıblar.
Fərhad Məmmədovun başçılığı altında, məşqçilər Nazim Umbayev və Vüqar Budaqovun rəhbərliyilə yarışda 12 cüdoçumuz mübarizə aparmışdı.
Dünya Uşaq Oyunlarında Quluzadə Məhəmmədəli ölkəmizi hakim qismində təmsil edib.
 Xatırladaq ki, bu yarış Turkiyə hökümətinin təşəbbüsü ilə Ankara şəhərinin Böyükşəhər bələdiyyəsi və Gənclər İdman Nazirliyi tərəfindən ilk dəfə keçirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə