"Qarabağ" daha bir uğura imza atıb

"Qarabağ" daha bir uğura imza atıb
"Qarabağ"ın 14 yaşlılardan ibarət komandası daha bir uğur əldə edib. Siasport.az saytı xəbər verir ki, Xəyal Həsənovun başçılıq etdiyi komanda Azərbaycan Xüsusi Olimpiya komitəsi tərəfindən təşkil olunmuş Avropa futbol həftəsi çərçivəsində Azərbaycan "Futbol həftə"si turnirində bütün rəqiblərini məğlub edərək yarışın qalibi olub. "Qarabağ"ın gəncləri "İnter", "Neftçi", AZAL, SOS, ROİL və "Mehdiabad"la qarşılaşıb və bütün görüşlərdən qələbə ilə ayrılıb. Komandanın baş məşqçisi Xəyal Həsənov turniri belə dəyərləndirib: "Yarış 15 yaşlıların arasında keçirilirdi. Biz isə turnirə 14 yaşlı futbolçuları buraxmışdıq. Amma uşaqlar bütün oyunlarda yaxşı çıxış etdilər. Belə turnirlərin keçirilməsi futbolçular üçün yaxşıdır. Həm fərqli mühitdə oynayırlar, həm də yaxşı təcrübə qazanırlar. "Qarabağ" uşaq futboluna xüsusi diqqət yetirir. Bizim əsas məqsədimiz "Qarabağ"a yeni Əfranlar, Maksimlər, Rauflar yetişdirməkdir. Zənnimcə, biz bu yolda düzgün addımlayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə