Ronaldinyo karyerasını bitirməyə hazırlaşır

Ronaldinyo karyerasını bitirməyə hazırlaşır

"Barselona"nın əfsanəvi futbolçusu Ronaldinyo karyerasını bitirməyə hazırlaşır. SİA-nın məlumatına görə, futbolçunun bu qərara gəlməsinin əsas səbəbi hazırda klubsuz olmasıdır. Mətbuat konfransında bu mövzuya toxunan 36 yaşlı futbolçu yaş amilini də qabardıb: "Hazırda 36 yaşım var, 26 yaşda deyiləm və karyeramı necə bitirəcəyimi düşünürəm, amma daha 1 il də futbol oynamaq istərdim".

Karyerasını bitirdikdən sonra boş qalmayacağını qeyd edən "Ronnie" musiqi ilə məşğul olacağını söyləyib: "Musiqi və futbol mənim həyatımdır. Hazırda musiqi və futbolla əlaqəli bir neçə layihə üzrə işləyirəm. Yaxınlarda nə edəcəyimi görəcəksiniz".

Qeyd edək ki, son klubu yerli "Fluminense" olan Ronaldinyo daha öncə "Qremio", PSJ, "Barselona", "Milan", "Atletiko MG", "Flamenqo" və "Queretaro" kimi komandaların formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə