FİFA Bakının "İnter" klubunu növbəti dəfə cəzalandırıb. SİA-nın məlumatına görə, bu dəfə paytaxt klubuna transfer qadağası qoyulub.
Qadağa qarşıdakı iki "transfer pəncərəsi" dönəmini əhatə edir. Qeyd edək ki, qərar may ayında qəbul edilib. Ancaq "İnter"ə bu haqda məlumat yalnız sentyabrda verildiyindən klubun yayda reallaşdırdığı transferlər gündəmdə qalacaq. Zaur Svanadzenin komandası bir də 2018-ci ilin yanvarında yeni futbolçular ala biləcək.
Xatırladaq ki, "İnter" bundan öncə futbolçulara olan borcuna görə avrokuboklardan kənarlaşdırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB