"42-ci Ümumdünya Şahmat Olimpiadası Bakıda yüksək səviyyədə təşkil olunub. Nizam-intizam qaydalarına tam riayət olunur, yarışlar səssiz, rahat şəraitdə keçirilir. Bu isə bizim bütün diqqətimizi oyuna yönəltməyimiz üçün çox mühümdür. Bu baxımdan təşkilatçılara minnətdaram."
Bu sözləri Kosta-Rikanın qadın şahmatçılardan ibarət yığma komandasının üzvü Mariya HeyselAZƏRTAC-a müsahibəsində deyib.
Bakı məndə unudulmaz təəssürat oyatdı. Azərbaycana yenidən qayıdıb indi görə bilmədiyim məkanlarla tanış olmaq istərdim. "Baku Crystal Hall" isə çox möhtəşəmdir və Xəzər dənizi ilə gözəl ahəngdarlıq təşkil edir. Bakı Şahmat Olimpiadasının belə bir möhtəşəm arenada təşkili olduqca həyəcanvericidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB