"Liverpul"da avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. İngilis klubunun rəsmi saytının dünən axşam yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, Sadyo Mane ötən ayın ən yaxşı oyunçusu seçilib. 24 yaşlı yarımmüdafiəçi səslərin 71 faizini yığıb. Qeyd edək ki, S.Mane avqustda İngiltərə Premyer Liqasında 2 və İngiltərə Liqa kubokunda 1 oyun keçirib və ümumilikdə 1 qol vurub, 2 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB