Əfsanəvi qapıçı Qvardiolanı “topa tutdu”

Əfsanəvi qapıçı Qvardiolanı “topa tutdu”

Danimarka millisinin və "Mançester Yunayted"in əfsanəvi qapıçısı olmuş Peter Şmeyhel Xosep Qvardiolanın "Bavariya"da baş məşqçi kimi fəaliyyətini (2013-2016) şərh edib. Qol.az-ın xəbərinə görə, "Omnisport" nəşrinə danışan Şmeyhel Qvardiolanı tənqid edib.

"Qvardiola orda normal işlədi. Amma qeyd etməliyəm ki, Pepin gəlişindən sonra biz əla və maraqlı oyun nümayiş etdirən "Bavariya"nı görmədik. Onun dövründə daha çox darıxdırıcı oyun sərgiləyən komanda gördük. "Bavariya"nın göstərdiyi nəticələr barədə isə mübahisə etmək istəməzdim".

Bütün xəbərlər Facebook səhifəmizdə