Qədir Hüseynov Naxçıvanda beynəlxalq şahmat festivalında liderdir

Qədir Hüseynov Naxçıvanda beynəlxalq şahmat festivalında liderdir
Naxçıvanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş beynəlxalq şahmat festivalında 6-cı turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, güclülərin "A" turnirində zirvədə eyni xala malik 3 zəka sahibi yer alıb. Belə ki, Azərbaycan qrossmeysteri Qədir Hüseynov, ispaniyalı Fransisko Valexo Pons və İsrail təmsilçisi İlya Smirin xal ehtiyatlarını 5-ə çatdıraraq birincilik uğrunda şərik olublar. Onlardan yarım xal geri macar şahmatçısı Zoltan Almaşi qalır. Altı turdan sonra Azərbaycan şahmatçılarından Loğman Quliyev, Vasif Durarbəyli, Rəsul İbrahimov və Eltac Səfərli hərəyə 4 xal toplayıblar.
"B" turnirində günün sonunu 5,5 xala malik 3 lider - Elvin Bayramov (Quba), Anar Əliəkbərov (Bakı) və Ramil Cavadov (İsmayıllı) tamamlayıb. Növbəti yerlərdə hərəyə 5 xal toplayan Fuad Əhmədzadə və Urfan Sevdimalıyev qərarlaşıb. 9 şahmatçı isə 4,5 xal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə