Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçiriləcək
Mayın 10-da Bakı İdman Sarayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks üzrə yeniyetmələr arasında ənənəvi turnir start götürəcək. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Şotlandiya, İrlandiya, Hindistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Gürcüstan, Rusiya və Ukrayna idmançıları iştirak edəcək. Bakıya İsrail və ya İran komandalarından birinin də gəlişi gözlənilir. Azərbaycan yeniyetmələrin turnirində 3 komanda ilə mübarizə aparacaq. 130-a yaxın boksçunun iştirak edəcəyi yarışa mayın 14-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB